AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı

Həvəsləndirmə yerlərinin tətbiq olunduğu müəllim yerlərinin sayı açıqlandı

Cəmiyyət
31 May 2020, 12:21 137
Bu il müəllimlərin yerdəyişməsi müsabiqəsinə təqdim edilən vakant müəllim yerlərinin 4455-i üzrə həvəsləndirmə (H) tədbirləri tətbiq olunacaq.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə təqdim edilən 7 539 vakant yerin 30 faizi (2295 yer) H1, 29 faizi (2160 yer) H2 həvəsləndirmə tədbirləri tətbiq olunan yerləri üzrədir.
Azərbaycan bölməsi üzrə 6680 vakant yerin 2267-i H1, 2138-i H2 həvəsləndirmə yerləri üzrədir.
Rus bölməsi üzrə üzrə 809 vakant yerin 28-i H1, 22-i H2 həvəsləndirmə yerləri üzrə təqdim edilib.
Qeyd edək ki, H1 həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər rayon mərkəzindən 20 km-ə qədər, H2 təvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər rayon mərkəzindən 20 km-dən artıq məsafədə yerləşirlər. Bu məsafədən asılı olaraq, müəllimlər üçün bəzi güzəştlər tətbiq edilir.
Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisədə işləyən gənc mütəxəssislərin nəzərdə tutulmuş müddət başa çatanadək iş yerinin dəyişdirilməsinə icazə verilmir. Xüsusi hallarda məsələyə təsdiqedici sənədlərin surəti təqdim olunmaqla fərdi qaydada TN tərəfindən baxılır. Həvəsləndirmə tədbirləri şamil olunan müəllimlərin iş yeri öz istəyi əsasında dəyişdirildikdə, onlara əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin tətbiqi dayandırılır.