• cümə, 29 Mart, 10:56
  • Baku Bakı 5°C

Həştərxan vilayəti Azərbaycanla əməkdaşlığı inkişaf etdirir

15.02.19 15:00 483
Həştərxan vilayəti Azərbaycanla əməkdaşlığı inkişaf etdirir
Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycanla əməkdaşlığın inkişafına dair proqram hazırlanır. Bu proqrama iqtisadi forumun keçirilməsi, jurnalistlərin və turizm operatorlarının qarşılıqlı səfərləri, yaradıcı kollektivlərin qastrolları kimi tədbirlər daxildir.
AZƏRTACxəbər verir ki, bu barədə Soçidə keçirilən investisiya forumunda iştirak edən Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən Sergey Morozov TASS agentliyinə müsahibəsində məlumat verib. O, həmçinin bildirib ki, İran Həştərxan vilayətində taxta-şalban yüklərinin boşaldılması məntəqəsinin yaradılması işlərinə başlayıb. Əvvəllər məlumat verilmişdi ki, İranın taxtalifli lövhələr istehsal edən "Arian Said Industrial Group” şirkəti Həştərxan limanı vasitəsilə Rusiyadan taxta-şalban idxalını artırmaq niyyətindədir.
S.Morozovun sözlərinə görə, Həştərxan-Türkmənistan biznes şurasının yaradılması istiqamətində də iş aparılır. Bu ilin yazında həyata keçiriləcək Həştərxan vilayəti nümayəndə heyətinin Türkmənistana səfəri çərçivəsində müvafiq memorandumun imzalanması nəzərdə tutulur.
Həştərxan vilayətinin Xəzəryanı ölkələrlə əməkdaşlığının inkişafı regional strateji məsələ hesab olunur. Məlumatlara görə, vilayətin xarici ticarət dövriyyəsində üç Xəzəryanı ölkənin -Azərbaycan, İran, Türkmənistanın (Qazaxıstan Avrasiya İqtisadi Birliyinin üzvü kimi gömrük sənədlərində göstərilmir) payı 30 faizdir.
banner

Oxşar Xəbərlər