• cümə, 29 Mart, 01:55
  • Baku Bakı 7°C

Həsən Ruhanidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib

26.05.21 21:30 329
Həsən Ruhanidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib
İran İslam Respublikasının Prezidenti Həsən Ruhanidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Kaspi.az xəbər verir ki, məktubda deyilir: "Möhtərəm Prezident.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan Respublikası dövlətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.
Ölkəniz müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən İran İslam Respublikası ilə Azərbaycan Respublikası iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirmişlər. Əmin olduğumu bildirirəm ki, hər iki ölkə gələcəkdə də zəngin mədəniyyətimizdən və qədim tariximizdən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, əməkdaşlığın, siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək.
Sonda Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının şərafətli xalqına isə xoş günlər arzulayıram".
banner

Oxşar Xəbərlər