Həsən Ruhani: Müqavimət göstərməkdən başqa çarəmiz yoxdur

Həsən Ruhani: Müqavimət göstərməkdən başqa çarəmiz yoxdur

Təfsilat
20 Oktyabr 2019, 17:00 864
Ədalətsiz sanksiyalara və təzyiqlərə qarşı İranın müqavimət göstərməkdən başqa çarəsi yoxdur.
 
AZƏRTAC xəbər verir ki, bu sözləri prezident Həsən Ruhani veteranlarla görüşündə deyib. O bildirib ki, düşmənlər İranda xalq ilə dövlət arasında ziddiyyətlər yaradıb məqsədlərinə nail olmağa çalışırlar. Lakin İranda xalq hər zaman dövləti müdafiə edib. İran xalqı heç vaxt öz maraqlarını düşmənlərə qurban verməyəcək.
 
Prezident xatırladıb ki, 1980-ci ildə də İrana qarşı müharibə başladı və xalq öz dövlətini və vətənini qoruyaraq düşmənə bir qarış torpaq vermədi. Bu gün də təzyiq və sanksiyalarla heç nəyə nail olmayacaqlar. İran diplomatik cəbhədə ölkənin müdafiəsini təmin edir. Hazırda İranın müqavimət göstərməkdən başqa çarəsi yoxdur.