• cümə, 26 Aprel, 23:39
  • Baku Bakı 22°C

"Hesablama Palatası" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib

05.02.18 13:40 889
"Hesablama Palatası" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib
Bu gün Açıq Hökumətin təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində "Kənar dövlət maliyyə nəzarətini tənzimləyən yeni qanun layihəsi" - "Hesablama Palatası haqqında” qanun layihəsinin ictimai müzakirəyə çıxarılıb.
"APA-Economics"xəbər verir ki, Açıq Hökumətin təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev deyib ki, bu qanun layihəsi beynəlxalq audit standartları nəzərə alınmaqla hazırlanıb.
Onun sözlərinə görə, qanun layihəsi Azərbaycan cəmiyyətinin hər bir üzvünün maraqlarına xidmət edir. "Bu qanun layihəsi həm əhatə dairəsi baxımından, həm də Hesablama Palatasının üzvlərinin və həyata keçirilən auditin normaları ilə bağlı yeniliklərdən ibarətdir," - deyə Ə. Nuriyev bildirib.
Hesablama Palatasının Hüquq və kadr məsələləri şöbəsinin müdiri Nəsir Sadıqov qeyd edib ki, qanun layihəsinin hazırlanması bir neçə zərurətdən yaranıb: "Mövcud qanun günün tələblərinə cavan vermirdi. Ölkədaxili qanunvericilik Hesablama Palatasının fəaliyyətini tam təmin edə bilmirdi. Palatanın statusu hazırkı qanunvericilikdə təmin olunmur. Təşkilati və funksional müstəqilliyinin təminatında da maneələrlə rastlaşırıq. Bu isə beynəlxalq prinsiplərə ziddir. Maliyyə-büdcə nəzarətinin əhatəliliyi cari qanunda çox məhduddur. Məlumat bazasına çıxış imkanımız məhduddur. Audit mandatı və auditlərin spesifikasiyası ilə bağlı çatışmazlıqlar var. Bundan başqa, Hesablama Palatasının dövlət vəsaitlərinin və dövlət əmlakının idarəedilməsi ilə bağlı nəzarət funksiyasının əhatəliliyi məhduddur. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununun tələblərinə də cavab vermir. Yeni qanunla Palatanın statusu bəlli oldu. Nəzarət fəaliyyətinin əhatə dairəsi məlum oldu. Həyata keçirilən nəzarət fəaliyyəti üzrə dövlət əmlakı, dövlət orqanları ilə bağlı məsələlər dəqiqləşib".
N. Sadıqov onu da qeyd edib ki, yeni qanun layihəsinə əsasən nəzarət tədbirlərinin nəticəsi ilə bağlıMilli Məclislə yanaşı, Azərbaycan Respublikası prezidentinə və aidiyyatı dövlət orqanlarına da məlumat veriləcək.
banner

Oxşar Xəbərlər