• cümə axşamı, 28 mart, 21:49
  • Baku Bakı 13°C

Hərbçilərimiz qəzaya düşüb, yaralılar var

09.06.14 09:33 1142
Hərbçilərimiz qəzaya düşüb, yaralılar var
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, İmişli rayonu ərazisində gizir Siruz Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə ağır xəsarətlər alan hərbçi hospitala yerləşdirilib.
Daha bir hadisə isə Bakının Qaraçuxur qəsəbəsində qeydə alınıb. Azərbaycan Ordusunun zabiti, mayor Rövşən Yusifovun idarə etdiyi “Opel” markalı avtomobil yolun əks istiqaməti ilə hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə R.Yusifov yüngül xəsarət alıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya hər iki faktı təsdiqləyiblər. Bildirilib ki, qəzaya düşən gizir S.Məmmədovun ağır qiymətləndirilir. Mayor R.Yusifov isə ilkin müayinədən sonra xidməti yerinə qaytarılıb.
banner

Oxşar Xəbərlər