cümə axşamı, 29 sentyabr, 18:26

Baku Bakı 23°C

Hərbçilər adından paylaşımlar edən Salyan sakini barəsində protokol tərtib olundu

icon 275 icon 09 avqust 2022 | 15:56 Hərbçilər adından paylaşımlar edən Salyan sakini barəsində protokol tərtib olundu

Sosial şəbəkələrdə hərbi qulluqçu adından paylaşımlar edən Salyan rayon sakini polis əməkdaşları tərəfindən müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Kaspi.az-a verilən məlumata görə, özünü hərbi polis əməkdaşı olaraq hərbi geyim formasından və fərqlənmə nişanlarından istifadə edərək müxtəlif zabit rütbələri ilə “Gülər Məmmədova” adı altında “hərbi226” hesabından paylaşımlar edən 1992-ci il təvəllüdlü R.B barəsində protokol tərtib olunub.

Həmin şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımanın tərkib əlamətləri olduğuna görə toplanmış materiallar məhkəməyə göndərilib.

R.B-nin evində olan hərbi təyinatlı geyim dəstləri aşkarlanaraq götürülüb.

Onunla polis əməkdaşları tərəfindən fərdi-profilaktik söhbətlər aparılmaqla, əməlin hüquqazidd olması onun və ailə üzvlərinin diqqətinə çatdırılıb.