AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Hər kəsə doğma qucaq açan Azərbaycan” adlı layihənin icrasına başlandı

“Hər kəsə doğma qucaq açan Azərbaycan” adlı layihənin icrasına başlandı

Təfsilat
11 Avqust 2020, 16:12 865
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  "Azərbaycan Jurnalistlər Şəbəkəsi” ictimai birliyi "Hər kəsə doğma qucaq açan Azərbaycan” adlı layihənin icrasına başlayıb.
 
Layihənin məqsədi Azərbaycanın tolerant və multikultural ölkə olmasını dünyaya nümayiş etdirmək üçün ingilis və Azərbaycan dillərində yüksək keyfiyyətdə sənədli film hazırlamaqdır. Filmdə ölkəmizdə yaşayan yəhudi əsilli vətəndaşlardan bəhs olunacaq, eləcə də digər etnik qrupların Azərbaycanda birgə yaşamaq mədəniyyəti nümayiş olunacaqdır.
 
30 dəqiqə olması nəzərdə tutulan filmdə çəkilişlər əsasən Azərbaycanda aparılacaq. Eyniz zamanda filmdə İsraildə lentə alınan kadrlar və müsahibələrdən də istifadə olunması planlaşdırılır.
 
Layihənin yekunda hazırlanacaq filmin geniş ictimaiyyət üçün təqdimat mərasimi nəzərdə tutulur. Bundan başqa, filmin daha geniş yerli və xarici auditoriyalara təqdim olunması məqsədi ilə bir sıra yerli və xarici media qurumları ilə də əməkdaşlıq qurulacaq.