• cümə axşamı, 28 mart, 21:38
  • Baku Bakı 13°C

”Hər kəs məsuliyyətini dərk etməlidir..."- Fəxriyə Xəlilovavadan çağırış

03.04.20 20:36 853
”Hər kəs məsuliyyətini dərk etməlidir..."- Fəxriyə Xəlilovavadan çağırış
Bu günlərdə tanınmışların media vasitəsi ilə yayımlananmüraciətlərinin əsas məqsədi insanların düşüncəsində panika və laqeydlik arasında qızıl ortanı tapmaqdır.
Tanınmış modelyer, Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova daModerator.azsaytının vasitəsi ilə insanlara müraciət edib:
"Hər kəs məsuliyyətini dərk etməlidir. İstənilən halda özümüzü sığortalamalıyıq. Odur ki, maskadan istifadə etmək önəmlidir. Əlləri yuyaraq, əli ağıza yaxınlaşdırmamalıyıq. İnsan orqanizminə daxil olmadığı müddətdə bu virus təsirsiz strukturdur. Virusu öldürmək üçün ən bəsit yol əlimizi 20 saniyə ərzində sabunla yumaq, dezinfeksiya vasitələrindən istifadə etməkdir. Yaşdan asılı olmayaraq məsuliyyətimizi dərk etməliyik. Xüsusən də cavanlar küçələrdə, ictimai yerlərdə 1,5 -2 metr ara məsafəni gözləsinlər. Virusa yoluxmanın ən real yolu bir birimizlə ictimai yerlərdə yaxın təmasda olmamaqdır. Sosial izolyasiya virusun yayılmasının qarşısını alan ən effektiv üsullardan biridir.
Odur ki, hamınızı Operativ Qərargahın təyin etdiyi xüsusi karantin rejiminə və qaydalarına əməl etməyə çağırıram. Hamılıqla evdə qalmağa çalışmalıyıq, yalnız zəruri hallarda, həkimə getdikdə və ya başqa təxirəsalınmaz işlər olduğu vəziyyətdə küçəyə çıxmaq lazımdır. Qalan hallarda evdə oturmalı və başa düşməliyik ki, sosial izolyasiya qaydalarına nə qədər ciddi əməl etsək, xəstəliyin qarşısını bir o qədər tez ala bilərik. Başa düşməliyik ki, koronavirus çox ciddi infeksiyadır. Bunu nə qədər tez anlasaq və qaydalara əməl etsək, bəladan bir o qədər tez xilas ola biləcəyik."
Modelyer "gözəllik qurban tələb edir" şuarı altında gözəl görsənmək üçün bəzi kosmetik prosedurlardan istifadə edən xanımlara da səslənib:
"Hər qadının arzusudur gözəl görünmək. Hətta buna aludə olan qadınlarımız da var ki, bəzən gözəllik üçün sağlamlıqlarını da qurban verməyə hazır olurlar. Şüarları da bu olur: "Gözəllik qurban tələb edir". Mənə elə gəlir ki, gözəllik üçün qurban vermək heç də vacib deyil. Gəlin, bu günlərdə gözəlliyimiz üçün qurbanlar verməyək."
banner

Oxşar Xəbərlər