Hər ikisi onu havayı almaq istəyir
"Barselona”
və PSJ "Bavariya”nın futbolçusu David Alaba ilə maraqlanır.
Kaspi.az
xəbər verir ki, həm İspaniya, həm də Fransa nəhəngi futbolçunu havayı əldə etməyi
planlaşdırır. Alabanın "Bavariya” ilə müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə
tutulub.
"Barsa”
və PSJ məhz həmin vaxta qədər gözləməyi, futbolçunu azad agent kimi heyətə cəlb
etməyi düşünr. Ancaq "Bavariya” rəhbərliyi də avstriyalını heyətdə saxlamağı
planlaşdırır.
Ona görə
də, Alabaya yeni müqavilə təklif olunacağı deyilir. Amma futbolçunun,
"Barselona” və PSJ-nin maraq göstərməsindən sonra bu təklifi qəbul edəcəyi şübhəlidir.
Üstəlik,
onunla "Mançester Siti” də ciddi maraqlanır. Alaba "Bavariya”ya 2008-ci ildə
"Austriya”dan keçib. 28 yaşlı futbolçu cari mövsümdə 28 oyunda meydana çıxıb, 1
qol vurub, 1 qol ötürməsi edib.