• cümə, 19 Aprel, 16:38
  • Baku Bakı 25°C

Həndbolun sərrast qızı – Portret

25.04.20 10:15 4487
Həndbolun sərrast qızı – Portret
Azərbaycan çempionunun ən gənc üzvü, arzularının ardınca hara getməyi düşünür?
İdman uğurlarımızın böyük əksəriyyətinin fərdi növlərin payına düşdüyü sirr deyil. Müstəqillik dövründə bütün olimpiya medallarımız təkmübarizlikdə qazanılıb. Üstəlik, komanda növlərində nə dördilliyin zirvə yarışına yollanmışıq, nə də qitə və dünya çempionatlarında medal sevinci yaşamışıq. İndiyədək yalnız qadın voleybolçularımız buna yaxınlaşıb. Ancaq bu o demək deyil ki, Azərbaycanda komanda növləri az sevilir. Başda idmanın şahı futbol olmaqla, ölkəmizdə top-komanda oyunlarının çoxsaylı izləyici auditoriyası var. Doğrudur, bütün dünyada olduğu kimi, bizdə də digər komanda növləri ilə müqayisədə, bugünkü qəhrəmanımızın təmsil etdiyi növ olan həndbolun təbliğatı bir qədər arxa plandadır. Bunu nəzərə alaraq, öncə növün tarixi haqda qısa araşdırmanı diqqətinizə çatdıraq;
Həndbol və ya əl topu - Daha qədim oyun olduğuna dair müxtəlif versiyalar olsa da, rəsmi mənbələrdə yaranışı XIX əsrin sonları göstərilir. Yay Olimpiya Oyunlarının proqramına ilk dəfə Berlin-1936-da salınan həndbol, növbəti dörd zirvə yarışında təmsil olunmayıb. 36 illik aradan sonra elə Almaniyanın ev sahibliyi etdiyi olimpiadada (Münhen-1972) yenidən yer alaraq, bir daha proqramdan kənarda qalmayıb. İlk iki Oyunlar, sadəcə, kişilərin mübarizəsi ilə tarixə keçibsə, digərlərinin hamısında qadınlar da məharətlərini nümayiş etdiriblər. Demək olar ki, günümüzdə qadın həndbolu daha çox sevilir.


banner

Oxşar Xəbərlər