• cümə axşamı, 18 aprel, 16:45
  • Baku Bakı 22°C

Həm oxuyun, həm dincəlin!

12.12.16 14:52 3826
Həm oxuyun, həm dincəlin!
Yaradıcı ideyaları ilə dünyanı heyran qoymaqda rəqib tanımayan yapon dizayner-memarlar bu dəfə tikdikləri hostel-kitabxana ilə gündəmə gəliblər. "boredpanda”-nın xəbərinə görə, kitabları və kitab oxuya-oxuya yuxuya getməyi sevənləri birləşdirən "Book and Bed” adlı hostel artıq istifadəçilərin ixtiyarına verilib. Səyahət edərkən qənaətcil davranmağı sevənlərin ən çox axtardığı məkanlar olan hostellər arasında bu kitabxana tipli tikili xüsusilə seviləcək. "Suppose Design Office”-nin memarları Makato Tanijiri və Ayi Yoşida tərəfindən dizayn edilən bu əsrarəngiz yerin kitabları və qənaəti sevənlərin bir nömrəli məkanına çevriləcəyi gözlənilir. Hostelin rəflərində hazırda ingilis və yapon dillərində 1700 kitab var. Lakin bu rəqəmin tezliklə 3000-ə çatdırılması planlaşdırılır. Hostel rəflərin arasında ayrılan "Compact” yataq yerləri 205x85 sm, "Standart” yataq yerləri 205x129 sm ölçülərindədir. Hosteldə bir gecənin qiyməti 32-50 dollar arasında dəyişir.
banner

Oxşar Xəbərlər