Həlak olan əsgərimiz oxuduğu məktəbdən son mənzilə yola salınacaq

Həlak olan əsgərimiz oxuduğu məktəbdən son mənzilə yola salınacaq

Təfsilat
24 Sentyabr 2019, 11:52 131
Yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oxuduğu məktəbdən son mənzilə yola salınacaq.
Trend-in məlumatına görə, sentyabr ayının 22-də ermənilər tərəfindən vurulan hərbi qulluqçu R.Abdulrəhmanovla Qubada yerləşən 1 saylı məktbdə vida mərasimi olacaq. Saat 12:00-da baş tutacaq mərasimdən sonra həlak olan əsgərimizin nəşi Quba qəbristanlığında dəfn ediləcək.
Xatırladaq ki, sentyabrın 22-də təmas xəttində yerləşən hərbi hissənin əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.