• cümə axşamı, 28 mart, 22:43
  • Baku Bakı 13°C

Həftəsonu yaşayış yerini tərk edən 17 COVID xəstəsi saxlanılıb

12.04.21 12:00 692
Həftəsonu yaşayış yerini tərk edən 17 COVID xəstəsi saxlanılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, saxlanılanlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
banner

Oxşar Xəbərlər