“Hədəf Nəşrləri”ndə müəllif tenderi iştirakçıları ilə görüş keçirilib
Xəbər verdiyimiz kimi, "Hədəf
Nəşrləri” "Balabilgə” uşaq seriyası kitabları üçün müəllif tenderi elan edib. İlk
layihə – 10 kitabdan ibarət silsilə "Bilgənin macəraları” adlanacaq. Aprelin
30-da tenderə qatılan müəlliflərlə görüş keçirilib.
Dosent kitab indüstriyasındakı problemlərdən, çatışmazlıqlardan, Azərbaycan müəllifinin dünyaya çıxmasının önündəki çətinliklərdən bəhs edib, bu məsələlərin həll yollarından danışıb.
Daha sonra "Hədəf Nəşrləri”nin direktoru, yazıçı-tərcüməçi Səbuhi Şahmursoy çıxış edərək tenderin şərtlərini bir daha nəzərə çatdırıb, texniki tərəflərinə aydınlıq gətirib.
O qeyd edib ki, tender
qalibinə 10 hekayə müqabilində 2500 manat qonorar ödəniləcək.
10 mövzunu əhatə edən layihədə
ilkin olaraq sınaq mərhələsi elan edilib.
Əlavə məlumat üçün bildirək
ki, görüş karantin qaydalarına tam riayət etməklə keçirilib. Belə ki,
iştirakçıların əksəriyyəti toplantıya videokonfrans vasitəsilə qatılıb.