AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Həbibi hədələdi: Ov mövsümü başlayıb, körpə

Həbibi hədələdi: Ov mövsümü başlayıb, körpə

İdman
04 Dekabr 2019, 13:23 228
Toni Ferqyuson Həbib Nurməhəmmədovla keçiriləcək döyüş barədə danışıb. 
 
Kaspi.az xəbər verir ki,  Ferqyuson dağıstanlı döyüşçüyə psixoloji təsir göstərməyə çalışıb. O, Həbibi hədələyəcək ifadələr işlədib: 
 
"Mən onu məcbur edərəm ki, qan ifraz etsin. Bu adamın bir problemi var, o da Toni Ferqyusondur. 
 
Mən onu izləyirəm. Ov mövsümü başlayıb, körpə. O. sadəcə sıradan bir rəqibdir. Onu demək olar ki, məğlub etmişəm. 
 
Mən başımı ona tərəf çevirmişəm, o da mənə baxır. O qədər məşq edəcək ki, əsəbiləşəcək və səhvə yol verəcək. Mən də bundan yararlanacağam. Onu yerdə boğacağam”. 
 
Toni Ferqyusonla Həbib Nurməhəmmədov arasındakı döyüş aprelin 18-də Bruklində keçiriləcək.