• cümə axşamı, 28 mart, 20:58
  • Baku Bakı 13°C

Həbib Afrikada döyüşmək istəyir, pulu isə...

10.09.19 12:30 664
Həbib Afrikada döyüşmək istəyir, pulu isə...
UFC çempionu Həbib Nurməhəmmədov Afrikada döyüşmək istədiyini bildirib.
Kaspi.az xəbər verir ki, Həbib Afrikanı n istənilən ölkəsində döyüşməyə hazır olduğunu bildirib. O, əldə olunan gəliri də xeyriyyə məqsədi ilə sərf etməyi planlaşdırır:
"BƏƏ-də arenanı döyüşə 2 ay qalmış tikdilər. Deməli, Afrikanın istənilən ölkəsində Konqodan tutmuş Nigeriyaya qədər, bunu edə bilərlər.
Biz Afrikada döyüşməyə, əldə olunan vəsaiti isə xeyriyyə məqsəd ilə sərf etməyə hazırıq.
Afrikada vəziyyət yaxı deyil, əksər yerlərdə hətta içməli su da yoxdur. Amma insanlar bu haqda danışmırlar. Ancaq danışmağa borcludurlar.
Afrikada yanvar, fevral və ya martda döyüş keçirmək olar. Bütün vəsaiti isə uşaq xeyriyyə fondlarına vermək lazımdır. Bir döyüşə görə 50-80 milyon qazanc əldə edə bilərik”.
Həbib son döyüşündə Dastin Poreyə qalib gəlib.
banner

Oxşar Xəbərlər