• cümə, 26 Aprel, 00:31
  • Baku Bakı 16°C

Həbib Abu-Dabidəki döyüşdən nə qədər qazanacaq?

05.09.19 12:15 1020
Həbib Abu-Dabidəki döyüşdən nə qədər qazanacaq?
Sentyabrın 7-də Abu-Dabidə Həbib Nurməhəmmədovla Dastin Pore arasında döyüş keçiriləcək.
Kaspi.az xəbər verir ki, Nurməhəmmədovun bu döyüşdən əldə edəcəyi gəlir açıqlanıb. Dağıstanlı döyüşçü 6 milyon dollar qazanacaq.
Onu da qeyd edək ki, Həbib Konor Makreqorla döyüşdən cəmisi 2 milyon dollar əldə etmişdi. Həbin atası da mətbuata verdiyi açıqlamada bildirib ki, sentyabrın 7-də əldə edəcəkləri gəlir əvvəlki döyüşdən 3 dəfə artıq olacaq.
Həbib MMA-da keçirdiyi 27 görüşün hamısında qalib gəlib.
banner

Oxşar Xəbərlər