• cümə, 26 Aprel, 21:36
  • Baku Bakı 22°C

Havanın temperaturu 4-6 dərəcə aşağı düşəcək

14.10.17 16:30 1944
Havanın temperaturu 4-6 dərəcə aşağı düşəcək
Sinoptiklər hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAZƏRTAC-a bildirilib ki, oktyabrın 16-sı gündüzdən 17-si axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
banner

Oxşar Xəbərlər