• cümə, 29 Mart, 13:04
  • Baku Bakı 14°C

Havanın temperaturu 30 dərəcəyə yüksələcək

19.04.21 14:30 846
Havanın temperaturu 30 dərəcəyə yüksələcək
Aprelin 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya XidmətindənAPA-ya verilən xəbərə görə, aprelin 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 19-24, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuzkeçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətliyağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 7-12,gündüz 15-20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 20-də Abşeron yarımadasında yaz havası gözlənilir ki, bu da əksər insanlar üçün əlverişlidir.

banner

Oxşar Xəbərlər