AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı

Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı

İqtisadiyyat
13 Aprel 2021, 15:15 359
Ötən illə müqayisədə bu il yayın gəlişi ərəfəsində turizm sahəsi nisbətən canlanıb.
 
Bunu Trend-ə açıqlamasında turizm üzrə ekspert Rəşad Gəncəliyev bildirib.
 
Onun sözlərinə görə, bunu müştərilər tərəfindən gələn sorğular əsasında görmək olar: "Ötən ilə nisbətən bu il az da olsa turizm sahəsində canlanma var. İnsanlar artıq hotel və turpaketlərlə maraqlanmağa başlayıblar. Keçən il yay ayları pandemiyanın ilk dövrlərinə düşdüyündən bütün sahələrdə xaos yaşanırdı, əsas da turizm sahəsində.
Xaricdə artıq yay mövsümünün gəlişi ilə bağlı bir çox hotellər fəaliyyətə başlayıblar. Azərbaycanda da hotellərdə hazırlıq işləri görülür”.

R.Gəncəliyev qeyd edib ki, yerli turizm şirkətləri sektorun iyun-iyul aylarında canlanacağına ümid edir: "Növbəti aylarda daha çox aktivlik gözləyirik. Belə ki, artıq bütün dünyada, eləcə də Azərbaycanda vaksinasiya prosesinə başlanılıb. Ümid edirik ki, vaksinasiya olunan şəxslərin sayı artdıqca, turizm sahəsi də bərpa olunacaq.
Hələlik əhali uzaq tarixlər üçün səyahət paketləri almaqdan çəkinsələr də, həftə sonları rezervasiyalar edirlər”.