• çərşənbə axşamı, 23 aprel, 19:04
  • Baku Bakı 20°C

Havada tozun miqdarı normadan 4.3 dəfə çoxdur

23.07.21 10:20 260
Havada tozun miqdarı normadan 4.3 dəfə çoxdur
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə iyulun 23-də səhər saatlarından başlayaraq Bakı şəhəri və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Bu barədəTrend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Məlumata görə, tozlu hava şəraiti lokal xarakterlidir.
Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində torpağın üst qatında formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.
Avtomatik monitorinq stansiyalarından əldə olunan məlumata əsasən hazırda havada tozun miqdarı sanitar normadan 4.3 dəfə çoxdur.
Meteoroloji şəraitdən asılı olaraq tozlu havanın yaxın 2 gun ərzində davam edəcəyi gözlənilir.

banner

Oxşar Xəbərlər