• cümə axşamı, 18 aprel, 07:02
  • Baku Bakı 12°C

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ

21.02.23 14:45 5629
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ

“Bu həftənin ortalarında hava şəraiti kəskin dəyişəcək, sulu qar yağacaq”.

Oxu.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, hər il Bakıda Su çərşənbəsində fərqli hava müşahidə olunur:

“Bunu elə son 10 ilin statistikasında görmək olar. Bəzən il arası fərqlər 20 dərəcəyə yaxınlaşır. Məsələn, əgər 2017-ci ilin Su çərşənbəsində 2 dərəcə şaxta olubsa, 2020-ci ildə 18 dərəcə isti qeydə alınıb”.

U.Tağıyeva qeyd edib ki, Abşeron yarımadasında fevralın 23-ü axşamdan başlayan yağıntının fevralın 24-də sulu qara keçəcəyi gözlənilir:

“Lakin axşama doğru yağıntı tədricən kəsiləcək. Havanın minimal temperaturu 0 dərəcəyə yaxın olacaq”.

banner

Oxşar Xəbərlər