Hava ilə bağlı xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq
yayıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata
görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında
şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, mayın 30-da yarımadanın bəzi
yerlərində arabir 28-33 m/s-dək güclənəcək.
Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi
rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv
olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s,
ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə
aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından daşqın və sel
keçəcəyi ehtimalı var.