• cümə axşamı, 28 mart, 15:46
  • Baku Bakı 16°C

Hava dəyişəcək, temperatur enəcək

02.12.13 11:32 1095
Hava dəyişəcək, temperatur enəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, dekabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günün birinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından hava şəraitinin dəyişəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi, axşama doğru şiddətlənəcəyi proqnozlaşdırılır. Axşam yağıntılı olacağı, gecəyə doğru bəzi ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 6-9, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 3-də səhər havanın qərb rayonlarından başlayaraq yağıntılı olacağı, axşam sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, ayrı-ayrı rayonlarda şiddətlənəcəyi ehtimalı var.
Havanın temperaturunun Aran rayonlarında gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.
banner

Oxşar Xəbərlər