• cümə, 29 Mart, 13:25
  • Baku Bakı 14°C

“Happy” mahnısı hekayə olacaq

23.02.15 04:17 1290
“Happy” mahnısı hekayə olacaq
Amerikalı naşirlər Harlan Koben və Meg Rosof daha bir pop ulduzun mahnısını dünyanın hekayəsinə çevirməyi planlaşdırdıqlarını elan edib. “Guardian”da yer alan xəbərə görə, ötən il “Qremmi” mükafatına layiq görülən müğənni-bəstəkar Farel Uilyamsın “Happy” (“Xoşbəxt”) mahnısı kitab olacaq. “Gənc oxucular üçün Putnam kitabları” sərlövhəsi ilə işıq üzü görəcək növbəti dörd şəkilli kitab üçün artıq müğənni ilə müqavilə də imzalanıb. Açıqlamada bildirilib ki, “Happy” kitablarının ilk nəşrdə 250 min tiraj çıxacağı planlaşdırılır. Kitabda dünyanın dörd bir tərəfində “Səncə, xoşbəxtlik nədir?” sualına cavab verən azyaşlıların fikirləri və fotoları toplanacaq. Kitabın cari ilin sentyabr ayının 22-də rəflərdə yer alacağı bildirilir. Onu da qeyd edək ki, 41 yaşlı müğənni 10 dəfə “Qremmi” mükafatına layiq görülüb, bunun ikisini təkcə “Happy” mahnısına görə alıb. “Happy” ötən il Birləşmiş Krallıqda ən çox yüklənən mahnı olub.
banner

Oxşar Xəbərlər