• şənbə, 20 Aprel, 14:43
  • Baku Bakı 23°C

Hafiz Paşayev: “Bu il ilk dəfə Xocalı qurbanlarını qalib ölkə kimi anırıq”

26.02.21 14:38 401
Hafiz Paşayev: “Bu il ilk dəfə Xocalı qurbanlarını qalib ölkə kimi anırıq”
"Bu gün Ermənistan-Azərbaycan münaqişəsi tarixinin ən qanlı günüdür. 29 il əvvəl bu gündə dinc insanlar erməni vəhşiliyinin qurbanı olublar”.
"Report”xəbər verir ki, bunu ADA Universitetinin rektoruHafiz PaşayevXocalı faciəsinin 29-cu ildönümü ilə bağlı keçirilən konfransda deyib.
"Ancaq bu insanların adları tarixə düşüb. Bu qurbanlar xalqımız tərəfindən həmişə xatırlanır. Gənc nəslin onları daim xatırlaması vacibdir”, - o bildirib.
H.Paşayev bu il ilk dəfə Xocalı qurbanlarını qalib ölkə olaraq andığımızı da əlavə edib: "Prezidentin əmrində olan igid ordumuz torpaqlarımızı erməni işğalından azad etdi. Qələbəmiz onların ruhlarını sevindirir”.
banner

Oxşar Xəbərlər