• çərşənbə, 24 Iyul, 12:39
  • Baku Bakı 31°C

Hafiz Fətullayevin xatirəsi yad edilib

27.02.15 07:33 1249
Hafiz Fətullayevin xatirəsi yad edilib
Mərhum rejissor, Kinematoqrafçılar İttifaqının üzvü Hafiz Fətullayevin xatirəsi "Sönməyən ulduzlar" Teatrında yad edilib. "Report"un xəbərinə görə, fevralın 24-də doğum günü olan sənətkarın anım tədbiri keçirilib.
Tədbirdə mərhum rejissorun sənət dostları iştirak edib. Rejissorun dostu, televiziya rejissoru Məhərrəm Bədirzadə Hafiz Fətullayevlə bağlı xatirələrini danışıb.
"Sönməyən ulduzlar" Teatrının kollektivi mərhum rejissorun quruluş verdiyi əsərlərdən parçalar ifa ediblər.
Xatırladaq ki, H.Fətullayev ötən ay dünyasını dəyişib.
O, 1944-cü ildə Bakıda anadan olub. O, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. 1977-1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında rejissor kimi fəaliyyət göstərib. "Qırmızı qatar", "Müqəddəs oda yanaram" filmlərinin quruluşçu rejissoru olub. "Mücrü" filmində və "Fatehlərin divanı" televiziya tamaşasında aktyor kimi çıxış edib.
Mərhum rejissor son illər "Sönməyən ulduzlar" Teatrında çalışırdı.
banner

Oxşar Xəbərlər