AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hacıqabulda ot presləyən qurğuya düşən şəxs xəstəxanada ölüb

Hacıqabulda ot presləyən qurğuya düşən şəxs xəstəxanada ölüb

Kriminal
24 Yanvar 2021, 12:45 182
Hacıqabul rayonunda ot presləyən qurğuya düşən Sabirabad sakini xəstəxanada ölüb. 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gün Hacıqabul rayonunun Kolanı kəndində Sabirabad sakini, 1980-ci il təvəllüdlü İmanov Ramil Rasim oğlunun qolları və bədəninin bir hissəsi ehtiyatsızlıqdan işlək vəziyyətdə olan ot presləyən qurğuya düşüb.
Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı bu gün səhər saatlarında dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.