cümə, 20 May, 02:08

Baku Bakı 16°C

Gözə təsir edən şüalar

icon 175 icon 20 yanvar 2022 | 10:00 Gözə təsir edən şüalar

Təbiətdə gözlə görülməyən bir çox şüalar mövcuddur. Texnika və müasir texnologiyalarsız ötüşməyin mümkün olmadığı indiki dövrdə hər gün istifadə etdiyimiz telefon, planşet, televizor və kompüter kimi cihazlardan əks olunan ultrabənövşəyi şüalar göz yorğunluğu, yuxusuzluq və göz quruluğunun yaranmasına səbəb olur.
AZƏRTACxəbər verir ki, həkim-oftalmoloq Gülnar Əliyevanın dediyinə görə, mavi işığa 15-45 yaş aralığında olanlar daha çox məruz qalırlar: "Gözün ön hissəsinə, genetik olaraq gözün arxa hissəsində xəstəlikləri olanlarda onun daha da şiddətləndiyi və həmin hala rastgəlmə tezliyinin daha da artdığı müşahidə olunur. Həmin xəstələrə quru göz sindromu diaqnozu qoyulur. Sindromun rastgəlmə tezliyinin səbəbi kompüter və planşetlərdən çox istifadə olunan zaman həm gözün qırpılmasının azalması, həm də texniki vasitələrdən gözə gələn təsirdir.
Gözə düşən şüalar 420 nanometrdən çox olmamalıdır. Şüaya məruz qalan gözlərdə yaranan narahatlıqları aradan qaldırmaq üçün göz yaşı damcıları və qoruyucu eynəklərdən istifadə olunur. Həkim-oftalmoloq deyib: "Həmin xəstələrin üzləşdikləri sindromdan müalicə etməklə yanaşı həm də gözü şüadan qoruyan eynəklər təyin olunur. Bundan sonra həmin xəstələrdə quru göz sindromunun, o cümlədən, batma, yanma və yad cisim hissiyyatının azaldığının şahidi oluruq”.
Qoruyucu eynəyin düzgün seçimi göz sağlamlığı üçün çox vacibdir. Eynək yüngül və plastik olmalı, burun və qulağın arxa hissəsində narahatlıq yaratmamalıdır. Həmin eynəklər günəş şüalarının da təsirini azaldaraq başağrısı və göz yorğunluğunu aradan qaldırmağa kömək edir.