• cümə, 29 Mart, 03:39
  • Baku Bakı 7°C

Gürcüstanlı nazir ölkədə adambaşına düşən milli gəlirin qonşu ölkələrdən az olmasının səbəbini açıqlayıb

09.01.20 14:51 645
Gürcüstanlı nazir ölkədə adambaşına düşən milli gəlirin qonşu ölkələrdən az olmasının səbəbini açıqlayıb
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava ölkəsində adambaşına düşən milli gəlirin Azərbaycanla müqayisədə geri qalmasına münasibət bildirib.
APA-nın yerli bürosu xəbər verir ki, nazir fərqin kəskin olmasının hesablama metodundan qaynaqlandığını və Azərbaycan, Ukrayna, Moldova, Belarus və Ermənistanda artıq yeni metod üzrə hesablamalar aparıldığını deyib.
Onun sözlərinə görə, eyni sistem üzrə Gürcüstanda da hesablama aparılacaq və adambaşına düşən milli gəlirin bu zaman 4 700 ABŞ dolları olacağı proqnozlaşdırılır.
"Azərbaycan, Ukrayna, Moldova, Belarus və Ermənistan kimi ölkələr adam başına düşən milli gəlirin hesablanmasında artıq yeni metoddan istifadə edir. Gürcüstan bu metodu noyabrda qəbul etsə də hələlik yeni qaydalar üzrə hesablama aparılmayıb. Digər ölkələr isə artıq hesablamanı tamamladığından rəqəmlər BVF-nin hesabatında əksini tapıb. Gürcüstan da yeni qayda üzrə hesablamaları tamamladıqdan sonra adam başına düşən milli gəlirin 4 700 dollar olacağını gözləyirik”, - deyə N. Turnava bildirib.
Qeyd edək ki, bu gün səhər Gürcüstanın müxalif "Lelo” partiyasının lideri Mamuka Xazaradze ölkə iqtisadiyyatının 2013-cü illə müqayisədə gerilədiyini və adambaşına düşən illik gəlirin qonşu ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə geri qaldığını deyib.
banner

Oxşar Xəbərlər