• cümə axşamı, 25 aprel, 10:11
  • Baku Bakı 14°C

Gürcüstanın XİN başçısı: “Ərdoğan Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyimizi çox müsbət qiymətləndirib”

22.09.21 11:00 337
Gürcüstanın XİN başçısı: “Ərdoğan Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyimizi çox müsbət qiymətləndirib”
"Türkiyənin PrezidentiRəcəb Tayyib ƏrdoğanGürcüstanın Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyini çox müsbət qiymətləndirib”.
"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziriDavid Zalkalianibaş nazirİrakli Qaribaşvilivə Türkiyənin dövlət başçısı arasında BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşü şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstanın tərəfdaşları ölkənin irəli sürdüyü təkliflər barədə yaxşı məlumatlıdırlar: "Biz Tbilisinin Cənubi Qafqazda dayanıqlı sülh üçün platformaya çevrilməsi, yeni təşəbbüs və layihələrimizlə bağlı türkiyəli tərəfdaşlarımızdan daha bir güclü dəstək aldıq”.
XİN başçısı qeyd edib ki, görüşdə həmçinin Gürcüstanın bölgədəki mühüm rolunun gələcək perspektivləri və ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.
banner

Oxşar Xəbərlər