• cümə, 29 Mart, 06:02
  • Baku Bakı 5°C

Gürcüstanın Kutaisi şəhərində yeni beynəlxalq universitet tikilir

20.09.19 11:45 549
Gürcüstanın Kutaisi şəhərində yeni beynəlxalq universitet tikilir
Gürcüstanın Kutaisi şəhərində yeni ali təhsil ocağı – Kutaisi Beynəlxalq Universiteti tikilir.
AZƏRTACxəbər verir ki, universitet 2020-ci ildən tələbə qəbuluna başlayacaq.
Gürcüstan Baş nazirinin təhsil məsələləri üzrə müşaviri Mixail Çxenkeli bildirib ki, universitet 153 hektar ərazini əhatə edəcək. Layihənin müəlliflərinə görə, ərazisinin 80 hektarı meşəlik ərazi olacaq təhsil müəssisəsi dünyanın ən yaşıl universitetlərindən birinə çevriləcək. Altmış min tələbə üçün nəzərdə tutulmuş universitetdə Almaniya, Yaponiya, ABŞ və digər ölkələrdən dəvət olunmuş alim və mütəxəssislər mühazirələr oxuyacaq.
Universitetin rəhbəri Münhen Texniki Universitetinin prezidenti, professor Volfqanq Xermandır.
Universitetdə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrindən tələbələr təhsil ala biləcəklər.
banner

Oxşar Xəbərlər