• cümə, 29 Mart, 13:15
  • Baku Bakı 14°C

Gürcüstanın hakim partiyasının icra başçısı vəzifəsinə namizədləri arasında azərbaycanlı yoxdur

08.09.17 14:22 592
Gürcüstanın hakim partiyasının icra başçısı vəzifəsinə namizədləri arasında azərbaycanlı yoxdur
Gürcüstanın hakim "Gürcü arzusu” partiyası azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin icra başçıları vəzifələrinə namizədləri məlum olub.
APA-nın yerli bürosu partiyaya istinadla xəbər verir ki, Rustavi şəhərinin meri vəzifəsinə İrakli Tabağua, Qardabani rayon icra hakimiyyəti başçısı vəzifəsinə Ramaz Budaqaşvili, Marneuli rayon icra hakimiyyəti başçısı vəzifəsinə Amiran Qiorqadze, Bolnisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Davit Şerazadişvili, Dmanisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Giorgi Tatuaşvili, Tsalka şəhərinin meri vəzifəsinə İlya Sabadze, Tetritskaro şəhərinin meri vəzifəsinə isə Giorgi Koridzenin namizədliyi irəli sürülüb.
Siyahıdan göründüyü kimi hakim partiyanın Kvemo Kartli bölgəsinin ən yüksək vəzifələrinə təqdim etdiyi namizədləri arasında azərbaycanlı yer almayıb.
Ermənilərin sıx yaşadığı Samtsxe Cavaxetiya regionunda isə "Gürcü arzusu” icra başçıları vəzifələrinə iki erməni əsilli vətəndaşın namizədliyini irəli sürüb. Bunlar Axalkalaki və Ninotsminda şəhərlərinin meri vəzifəsinə namizədlər İurik Unanyan və Anivard Mosoyandır.
Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.
banner

Oxşar Xəbərlər