• cümə, 29 Mart, 18:16
  • Baku Bakı 14°C

Gürcüstanın hakim partiyası müxalifətlə razılaşma imzalayacaq

16.04.21 19:30 953
Gürcüstanın hakim partiyası müxalifətlə razılaşma imzalayacaq
Gürcüstanın hakim Gürcü Arzusu Partiyası müxalifətlə danışıqlarda vasitəçilik etmiş Avropa Şurası prezidentinin nümayəndəsi Kristian Danielsonun hazırladığı sənədi imzalayacaq.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, sənədə imza bu gün ictimaiyyət qarşısında atılacaq.
Qeyd edək ki, bir sıra təkliflərin yer aldığı sənəd martın 31-də dərc olunub.
banner

Oxşar Xəbərlər