• şənbə, 20 Aprel, 14:50
  • Baku Bakı 23°C

Gürcüstanın din xadimlərinin Azərbaycana səfəri başlayıb

19.05.22 17:00 551
Gürcüstanın din xadimlərinin Azərbaycana səfəri başlayıb

Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Bu barədə "Report"a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər səfirliyin təşkilatçılığı və Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.

Bildirilib ki, nümayəndə heyətinin səfəri may ayının 23-dək davam edəcək.

Həmçinin məlumatda qeyd olunub ki, səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, Bakıda təşkil olunacaq şəhər turunda iştirak edəcəklər.

Gürcüstan nümayəndə heyəti, həmçinin Gəncə şəhərinə və işğaldan azad olunmuş Füzuli, Ağdam və Şuşa şəhərlərinə səfər edəcəklər.

banner

Oxşar Xəbərlər