AZE | RUS | ENG |

Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir
Gürcüstanın Baş Naziri Mamuka Baxtadze iki gün əvvəl Keşikçidağ kompleksi ərazisində baş verən hadisəyə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, Baş Nazir hökumətin bugünkü iclasından əvvəl keçirdiyi brifinqdə deyib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiya fəaliyyətini yaxın bir neçə həftə ərzində bərpa edəcək.

Ölkə vətəndaşlarını komissiyanın və aidiyyəti qurumların sakit şəraitdə işləməsinə imkan verməyə dəvət edən Baş Nazir deyib: "Müvafiq qurumlar gündəlik olaraq Azərbaycan rəsmiləri ilə əlaqə saxlayırlar. İki gün bundan öncə təəssüfdoğurucu insident baş verib. Bu, hər birimiz üçün çox həssas məsələdir və mən hamıdan komissiyanın və müvafiq qurumların normal rejimdə fəaliyyətlərini davam etdirməsinə imkan verməyi xahiş edirəm”.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946