• cümə, 29 Mart, 19:15
  • Baku Bakı 14°C

Gürcüstandan Azərbaycana səfər edənlərin sayı azalıb

26.03.19 14:45 678
Gürcüstandan Azərbaycana səfər edənlərin sayı azalıb
Ötən ay Azərbaycana səfər edən Gürcüstan vətəndaşlarının sayı52 753nəfər təşkil edib.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə GürcüstanınDaxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.
Yanvar ayı ilə müqayisədə Azərbaycana səfər edən qonşu ölkə vətəndaşlarının sayında3 709nəfər azalma qeydə alınıb. Azalmaya baxmayaraq, Azərbaycan Gürcüstan vətəndaşlarının ötən ay Türkiyədən sonra ən çox səfər etdiyi ikinci ölkə olub.
Hesabat dövründə Türkiyəyə səfər edən Gürcüstan vətəndaşlarının sayı127 713nəfər təşkil edib. Onların36-na ölkəyə girişə icazə verilməyib.
Fevral ayında Gürcüstan vətəndaşlarının ən çox üz tutduğu ölkələrin ilk üçlüyünə Türkiyə və Azərbaycanla yanaşı Ermənistan da yer alıb. Ötən ay bu ölkəyə səfər edənlərin sayı23 751nəfər təşkil edib.
banner

Oxşar Xəbərlər