• cümə, 19 Aprel, 14:06
  • Baku Bakı 25°C

Gürcüstanda Qarabağ müharibəsi şəhidinin adına bulaq açılıb

07.03.21 17:15 723
Gürcüstanda Qarabağ müharibəsi şəhidinin adına bulaq açılıb
Azərbaycanın Vətən müharibəsinin şəhidi Bilal Qənbərovun xatirəsi doğulduğu Gürcüstanın Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndində əbədiləşdirilib.
"Report”un yerli bürosu xəbər verir ki, Naxiduri sakinlərinin öz hesabına kənddə bulaq tikilib.
Bulağın açılış mərasimində şəhidin yaxınları, kənd ziyalıları və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları iştirak ediblər.
Gələcəkdə bulaq ətrafında parkın salınması planlaşdırılır.
Qeyd edək ki, 1993-cü il təvəllüdlü B.Qənbərov 44 günlük müharibə zamanı noyabrın 4-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
banner

Oxşar Xəbərlər