AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Təfsilat
03 Dekabr 2020, 19:10 211
Gürcüstan Mərkəzi Seçki Komissiyası tərəfindən oktyabrın 31-də keçirilən 10-cu çağırış parlament seçkilərinin nəticələrini təsdiqlənib.
Trend-in məlumatına görə, hakim "Gürcü Arzusu" partiyası proporsional səslərin 48.22 faizini toplayaraq 60 parlament yeri qazanıb. Həmçinin, hakim partiya 30 majoritar dairənin hər birində qələbə qazanaraq ümumilikdə 90 parlament yeri əldə edib.
Müxalif partiyalardan "Vahid Milli Hərəkat- Güc Birlikdədir" 27.18 faiz ( 36 yer), "Avropalı Gürcüstan" 3.79 faiz (5 yer), "Vətənpərvərlər Alyansı" 3.14 faiz (4 yer), "Əmək Partiyası" 1 faiz (1 yer), "Vətəndaşlar - Aleko Elisaşvili" 1.33 (2 yer), "Giorgi Vaçadze-Aqmaşenebeli strategiyası" 3.15 faiz (4 yer), "Girçi" 2.89 faiz (4 yer), "Lelo" idə 3.15 faiz (4 yer) səs toplayıb.