• cümə, 19 Aprel, 09:53
  • Baku Bakı 13°C

Gürcüstanda işsizlik halları artıb

21.08.19 12:23 10168
Gürcüstanda işsizlik halları artıb
Gürcüstanda işsizlik halları artıb. Hazırda ölkənin əmək qabiliyyətli əhalisinin 11,4 faizi işsizdir.
AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, işsizlərin böyük əksəriyyəti şəhərlərdədir. Hazırda şəhər yerlərində işsizlik 17,5 faiz, kənd yerlərində isə 5,1 faizdir.
Hesabat dövründə qonşu ölkədə qadınlar arasında işsizlik səviyyəsi 10 faiz, kişilər arasında isə 12 faiz olub.
banner

Oxşar Xəbərlər