• bazar, 25 May, 09:48
  • Baku Bakı 19°C

Gürcüstanda iqtidarla müxalifət arasında əldə olunmuş razılıq kütləvi etiraz aksiyalarına son qoya bilər

09.03.20 20:00 967
Gürcüstanda iqtidarla müxalifət arasında əldə olunmuş razılıq kütləvi etiraz aksiyalarına son qoya bilər
Gürcüstanın müxalifət partiyaları hökumət əleyhinə etiraz aksiyalarını dayandıracaq.
AZƏRTACxəbər verir ki, bu barədə Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze məlumat verib.
Onun sözlərinə görə, hakim partiya ilə müxalifət arasında bu il keçirilməsi nəzərdə tutulan parlament seçkilərində proporsional və majoritar seçki sisteminin fərqli tətbiqi, eləcə də, siyasi məhbus hesab olunan şəxslərin tezliklə azadlığa buraxılması barədə əldə olunmuş razılıqdan sonra müxalfət hakimiyyətə qarşı etiraz aksiyalarını dayandırmağa razı olub. Əgər iqtidar razılaşmanı yerinə yetirsə, kütləvi aksiyalara moratorium qoyulacaq.
Qeyd edək ki, ötən gün hakim Gürcü Arzusu Partiyası və müxalifət arasında bu ilin payızında keçiriləcək parlament seçkilərinin sistemi ilə bağlı razılıq əldə olunub. Razılığa əsasən, seçkilər 120/30 və 1 faizlik baryer modeli üzrə keçiriləcək.
Belə ki, parlamentin 150 deputatından 120-si proporsional, 30-u isə majoritar sistem üzrə seçiləcək.
Bununla yanaşı, 40 faizdən az səs toplayan partiya hökuməti formalaşdıra bilməyəcək.
Hakim partiya və müxalifət arasında razılıqla bağlı müvafiq memorandum imzalanıb.
Məlumat üçün bildirək ki, Gürcüstan parlamentinə 2016-cı ildə keçirilən seçkilərdə deputatlarının 77-si proporsional, 73-ü isə majoritar sistem üzrə seçilib.
banner

Oxşar Xəbərlər