• şənbə, 27 Aprel, 03:06
  • Baku Bakı 14°C

Gürcüstanda fəlakət həddinə yüksələn narkomaniya

29.01.18 19:31 670
Gürcüstanda fəlakət həddinə yüksələn narkomaniya
Həftə sonu Gürcüstan parlamentinin qarşısında narkotikdən istifadəyə görə cəzaların sərtləşdirilməsinə etiraz edənlərin növbəti aksiyası keçirilib. Bu dəfə aksiyanın keçirilməsinə bəhanə artist Georgi Qiorqanaşviliyə qarşı çıxarılan cəza, eləcə də məhkəmə qərarına qarşı etiraz edən "Ağ səs” ictimai hərəkatının liderlərindən olan Beki Çikaraşvili barəsində çıxarılan həbs qərarı olub. Sonuncu, gürcü dövlətinin narkoticarət siyasətinin yumşaldılması tələbi ilə çıxış edir. Qiorqanaşvilinin cinayət işində həddən artıq böyük sayda "reseptli mediakementlər” məsələsi keçir. Artist iddia edir ki, narkotikanı polislər onun cibinə atıblar və bu işə onun heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq, onun barəsində 8 illik həbs qərarı çıxarılıb. Qərar hüquq-mühafizə orqanları əməkdaşlarının ifadələri əsasında çıxarılıb. Saxlanılma ilə bağlı adətən videoçəkiliş təqdim edilməli olduğu halda, bu işdə belə sübut təqdim edilməyib. Aksiya iştirakçıları üçün isə bu fakt artistin günahsız olması, polisin qanunsuzluqlara yol verməsi qənaətinə gəlməyə əsas verib. Hətta ən radikallar hüquq-mühafizə orqanları əməkdaşlarına müharibə belə elan etməyə hazır idilər. Etirazçılar əllərində "Cəzalar yüngülləşdirilməsə - sülh də olmayacaq” şüarı da tutublar. Başqaları isə məsələyə bir qədər rasional yanaşıblar. Onlar hesab edirdilər ki, Qiorqanaşvilinin günahsızlığını sübut etmək üçün uzun vaxt gərək olacaq. Onlar ən optimal yol kimi prezident Georgi Marqvelaşviliyə əfv üçün müraciət edilməsini irəli sürüblər. Prezident ailəsi isə məsələdən xəbərdar deyil. Belə ki, zaman-zaman narkotika qalmaqalına onun yaxın ətrafı da qatılıb. Narkomaniya və narkoticarət problemlərinə həsr olunan verilişlərdən birində, prezidentin qızı Anna Marqvelaşvili bir qədər qəribə bəyanat səsləndirərək bildirib ki, polisin narkoterror qurbanları çox zaman nədənsə müstəqil düşünən vətəndaşlar olur. Onun "müstəqil düşünən vətəndaşlar” dedikdə nəyi nəzərdə tutduğu aydın olmur. Ola bilsin prezidenti n qızı bununla polisi hədəfə almaq istəyib. Bundan əlavə, narkotika istifadəçiləri olduqları iddia olunan reperlərlə də bağlı məhkəmə prosesi keçirilib. Minlərlə insan onların müdafiəsinə qalxıb. "JAMnews” xəbər verir ki, proses onlar üçün uğurlu olub. Gürcüstanın qeyri-formal lideri Bidzina İvanişvilinin oğlu Bera (o da repçidir) onları müdafiə etdikdən sonra dostları azadlığa buraxılıb. O ki qaldı artist Qiorqanaşviliyə - prezidentin onu əfv edəcəyi bəlli deyil.
Yeri gəlmişkən, gürcü cəmiyyətində yaxşı anlayırlar ki, narkomaniya çoxdan bəri milli miqyasda qeydə alınan bir fəlakət həddinə yüksəlib. Lakin buna qarşı hansı vasitələrlə mübarizə aparmağın yollarını tapa bilmirlər. Sosial şəbəkələrdə və şərhlərdə Qiorqanaşvilinin işi ilə bağlı fikirlər tam şaxələnir – artisti azad etməklə yanaşı, narkoticarət sahəsində qaydaların sərtləşdirilməsi tələb edilir. Hakimiyyət strukturlarında da bir çaşqınlıq hiss olunur. Ötən ilin dekabrında parlamentin səhiyyə komitəsində narkoticarətin liberallaşdırılması ilə bağlı qanun layihəsi hazırlanıb. Layihə bir sıra qeyri-hökumət təşkilatları və əcnəbi ekspertlər tərəfindən hazırlanıb. Əsas məsələ də odur ki, tək marixuana deyil, həm də şəxsi məqsədlər üçün istifadə olunan narkotik vasitələrlə də bağlı cinayət məsuliyyəti aradan qaldırılsın, əvəzində reabilitasiya şəbəkələri və mərkəzləri yaradılsın. Komitə bunu dəstəklədikdən sonra hakim partiyada fikirlər haçalanıb. Onlar hesab edirlər ki, narkotiklərlə bağlı cəzaların yüngülləşdirilməsi əks effekt verəcək, istehlakçıların sayı artacaq. Bütün bunlarla yanaşı, Qiorqanaşvili barəsində qərar göstərdi ki, narkotik vasitələri yayanlar və onu reallaşdırılması arzusunda olanlar hələ uzun müddət bu xəyallarını reallaşdıra bilməyəcəklər.

Azər
banner

Oxşar Xəbərlər