Gürcüstana külli miqdarda siqaret keçirməyə cəhd edən Ermənistan vətəndaşı saxlanılıb
Gürcüstana qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaret keçirmək istəyən Ermənistan vətəndaşı saxlanılıb.
APA-nın yerli bürosunun Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadən verdiyi məlumata görə, Sadaxlı gömrük-keçid məntəqəsində saxlanılan şəxsdən 4400 ədəd siqaret aşkar olunaraq müsadirə edilib.
Qaçaqmalçı min lari məbləğində cərimə olunub.