• şənbə, 27 Aprel, 03:42
  • Baku Bakı 14°C

Gürcüstan QHT-lərinin iddiası təmin edilməyib

18.11.18 15:15 594
Gürcüstan QHT-lərinin iddiası təmin edilməyib
Tbilisi şəhər məhkəməsi Gürcüstanın qeyri-hökumət təşkilatlarının ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı iddiasını təmin etməyib.
AZƏRTACxəbər verir ki, "Beynəlxalq şəffaflıq- Gürcüstan” və "Ədalətli seçkilər və demokratiya uğrunda Beynəlxalq Cəmiyyət” QHT-ləri Mərkəzi Seçki Komissiyasının noyabrın 14-də qəbul etdiyi qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət edib. QHT-lər noyabrın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda xarici ölkələrdə yaşayan, işləyən, təhsil alan Gürcüstan vətəndaşlarının səhər saat 8:00-dan 24:00-dək səs verə bilmələrini, yəni, ölkədə səsvermənin saat 20:00-dək davam edəcəyi halda xaricdəki seçki məntəqələrinin 4 saat artıq işləmələrini vətəndaşların konstitusion hüquqlarının pozulması kimi qiymətləndiriblər.
Tbilisi şəhər məhkəməsi MSK-nın qərarını səsvermə günü xarici ölkələrdə olan vətəndaşların öz konstitusion hüquqlarından istifadə etmək üçün daha geniş imkanlar açdığını əsas gətirib və qərarı qüvvədə saxlayıb.
banner

Oxşar Xəbərlər