AZE | RUS | ENG |

Gürcüstan müxalifəti kütləvi etiraz aksiyalarını davam etdirir

Gürcüstan müxalifəti kütləvi etiraz aksiyalarını davam etdirir
Gürcüstan müxalifəti Tbilisidə parlamentin binası önündə kütləvi etiraz aksiyasını iyunun 25-də bərpa edib.
AZƏRTAC xəbər verir ki, altıncı gündür keçirilən aksiyada yenə də Daxili İşlər naziri Georgi Qaxariyanın istefası və Tbilisidə iyunun 20 və 21-də saxlanılan aksiya iştirakçılarının azadlığa buraxılmasını tələb olunur.
Müxalif "Güc birlikdədir” birliyinin liderləri də parlamentin ətrafına toplaşıb. Onlar parlamentin Vahid Milli Hərəkat Partiyasından olan deputatı Nika Melianın həbsi ilə bağlı Baş prokurorluğun qərarına etirazlarını bildiriblər.
Əraziyə polis əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub.
Qeyd edək ki, etiraz aksiyaları bu gün Gürcüstanın bölgələrində də keçirilib.
"Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sədri Bidzina İvanişvilinin Qara dəniz sahilində, Şekvetili adlanan ərazidə yerləşən iqamətgahı yaxınlığında etiraz aksiyası keçirilib.
Aksiyaya müxalif "Avropalı Gürcüstan” və "Vahid Milli Hərəkat” partiyalarının üzvləri ilə yanaşı, ictimai fəallar və gənclər də qoşulub.
Aksiya iştirakçıları "Bidzina, biz gəlirik”, "Qaxaria, get!” şüarları səsləndirərək Batumidəki "Black Sea Arena” konsert zalından B.İvanişvilinin iqamətgahına doğru yürüş ediblər.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9069
GEL 1 1 Gürcüstan larisi 0.5911
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1256
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1811
CHF 1 1 İsveçrə frankı 1.7284
KWD 1 1 Küveyt dinarı 5.589
TRY 1 1 Türkiyə lirəsi 0.3002