• çərşənbə, 24 Aprel, 09:56
  • Baku Bakı 13°C

Gürcüstan DİN azərbaycanlıların kompakt yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirib

20.09.17 11:40 1628
Gürcüstan DİN azərbaycanlıların kompakt yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirib
Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlıların yaşadığı qəsəbədə keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.
APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə,sentyabrın 19-da axşam Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində bir nəfər saxlanılıb. 1974-cü il təvəllüdlü N.N. adlı şəxsin evində aparılmış axtarış nəticəsində 43 bağlama narkotik vasitə tapılaraq müsadirə olunub.
İstintaq müəyyənləşdirib ki, saxlanılan şəxs mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olub. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, ötən ay qəsəbədə keçirlmiş xüsusi əməliyyatlar nəticəsində narkotik cinayətkarlığına görə 6 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər