• cümə, 29 Mart, 03:23
  • Baku Bakı 7°C

Gürcüstan bölgədə sülh və sabitliyin tərəfdarıdır

06.08.20 12:15 555
Gürcüstan bölgədə sülh və sabitliyin tərəfdarıdır
Gürcüstanın tranzit imkanlarından bir çox ölkələr istifadə edir. Ölkəmiz tranzit yüklərlə bağlı bütün beynəlxalq qaydalara riayət edir. Silah-sursatın çatdırılması qarşılıqlı razılıq əsasında həyata keçirilir.
AZƏRTACxəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər nazirinin müavini Laşa Darsalia İmedi telekanalının "Xronika” verilişində söyləyib.
O deyib: "Qonşularımız Azərbaycan və Ermənistan da bu imkanlardan yararlanır. Bununla bağlı biz beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edirik. Hərbi yüklərin də daşınması ilə bağlı xüsusi qaydalar mövcuddur”.
Gürcüstanın Azərbaycan və Ermənistana münasibətdə mövqeyinin aydın olduğunu vurğulayan nazir müavini deyib: "Biz bölgədə sülh və sabitliyin tərəfdarıyıq. Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı, Ermənistanla mehriban qonşuluq münasibətləri var”.
banner

Oxşar Xəbərlər