• çərşənbə axşamı, 16 aprel, 11:58
  • Baku Bakı 14°C

Gürcü jurnalisti: "İvanişvili işemik şok keçirib və Almaniyaya aparılıb"

20.06.17 19:45 927
Gürcü jurnalisti: "İvanişvili işemik şok keçirib və Almaniyaya aparılıb"
"Gürcü oliqarxıBidzina İvanişviliAlmaniyadadır. O, Münhen ətrafındakı klinikaların birində işemik şok diaqnozu ilə müalicə olunur".

APA-nın "apsny.ge" saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanda nəşr olunan "Xronika +" qəzetinin baş redaktoru Eliso Kiladze bildirib. O, öz mənbələrinə istinadən B. İvanişvilinin səhhəti ilə əlaqədar ətraf aləmdən təcrid olunacağını deyib: "İstənilən emosiya - müsbət və ya mənfi - geniş insulta səbəb ola bilər. Yaxın aylar ərzində o, təcrid olunacaq. O, siyasətdən kənarlaşıb".

Qeyd edək ki, "Rustavi 2" telekanalının baş direktoru Nika Qvaramiya da B. İvanişvilinin səhhətinin pisləşdiyini bildirib. Lakin iş adamının oğlu Bera İvanişvili bu iddiaları təkzibedib.
banner

Oxşar Xəbərlər