• cümə, 29 Mart, 18:46
  • Baku Bakı 14°C

Günel Gözəlovanın həkimə qarşı iddiası ilə bağlı araşdırma aparılır

19.08.21 20:30 260
Günel Gözəlovanın həkimə qarşı iddiası ilə bağlı araşdırma aparılır
Günel Gözəlovanın şikayəti ilə bağlı aradşırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Kaspi.az-a bildirilir ki, Günel Gözəlovanın ərinin həkim səhvi nəticəsində səhhətində fəsadların yaranması ilə bağlı müraciəti əsasında hazırda Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Araşdırma zamanı izahatlar alınmış, həkim səhvinin olub-olmamasını müəyyən etmək məqsədi ilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib.
Bundan başqa, həkim tərəfindən aparılan müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədi ilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Baş Prokurorluq tərəfindən müraciət edilib.
Hazırda araşdırma davam etdirilir.
banner

Oxşar Xəbərlər